Azərbaycan çağdaş ədəbiyyatı

 

 

Ön söz

Azərbaycan çağdaş ədəbiyyatı xalqımızın başından keçirdiyi 100 illik olaylari, düşüncələri, fikirləri və duyğuları dilə gətirir. Ədəbiyyatımız zamanla addımlaşıb, xalqımızla bərabər, çoxlu eniş-yuqquşlara uğraşıb, alçaq-ucaları gəzib və bugun alnı açıq özünü dünyaya tanıtdırır. Çağdaş şe’rimiz və nəsrimiz, düşüncələrlə dolu bır çağı, ərdəmi, böyük toplumsal dəyişmələri dilə gətirməkdedir. Keçən yuz ildə dilimizin yasaqlanmasına baxmayaraq, hizli gəlişməkde, dünya səviyyəsində böyük şa’irlərimiz və yazıçılarımız vardır. Dünya səviyyəsındə yanqılar oyandıran güclü əsərlər bizim dilimizdə yazılmışdır. «Heydər Babaya Səlam» kimi əsərimiz olmüşdür ki bugun şekspir, Püşkin, Gutə və Hafızdən artıq dünyaya tanınmaqdadır, bütün dünya dillərinə çevrilmişdir. Hələ yüzlərcə ona bənzətmələr yazan olursa da, dünyanın 18 ölkəsındə dərsi kitablarda oxunursada, şəhriyarın öz ana vətənində, hətta bir misrə’dən əsirgəmişlər:

Belə bir dürümda, ədəbiyyatımız gəlişir, genişlənir və güclənir. Inqilabdan sonra dilimiz bir balaca fürsət əldə edərək heç bir dildən geri qalmadığını aydıncasına göstərmişdir. Akademik imkanlar əldə

edirsə dünya xalqlarına xədəmt göstərdiyini anlaiacağıq. Belə ləkiklə ünün gəlişəməsinin qarşını alanlar, bütün dünya insanları və bütün bəşəritlə üz–üzə dayanır. çağdaş Azərbaycan ədəbiyyatı ilərini görən, həqiqətləri duyan və varlıqları qonuşan yoldadır. Dilimizin dirçəlməsi keçən 15-10 il ərzində onün gücünü və dinamıkasın göstərir. Atalar sözü: «bulaq, içdən bulaq olmalıdir, su tökməklə bulaq olmaz». demişkən,70 il dilimizin imhasına çalışmalar hamısı puça çıxmış və bugun bütün istəklərimizi və niyazlarımızı öz ana dilimizdə ödəməyə bacarığımız vardır. O biri tərəfdən buna inanırıq kı ədəbiyyata, özəlliklə çağdaş ədəbiyyatına, ədəbiyyatçılarına, yazarlarına önəm verməyən ulusların sabahı yoxdur. Ədəbiyyatçılarını susduranlar, biganələrin qoltuğuna girənəməli dirlər. Belə bir hərəkət öz uluslarını kölələkiyə ilərəliləməkdir. Bunu inanmaq gərəkirki bir xalqın şa’irləri və yazanərları, çağdaş dünyanı xalqa axtaranlar, bağım sizlıq, insanlıq oğruna ön səfdə çarpışanlardır. Biz, hər bir şa’irimizdən, hər bir yazıçımızdan böyük dərslər alırıq.

Bir gün Moll Nəsrəddın məktəbi yaranaraq, Məhəmməd Cəlil Qulizadə, Əli Əkbər Sabir, Həqverdiev kimi alimləri Hindustandan tutub Misrə qədər bütün ölkələri ədəbiyyatımızın ta’sırındə quyurlar. Mo’cuz kimi böyük insansevər şa’ir, quldur Rizaşahi xalqımızın oyanışıla qorxuya salır. Demukratık ədəbiyatımız 1320-25 illərində bütün Iran xalqlarına və Iran ədəbiyyatına demokratık düşüncələr gətirir. Az keçmədən ustad Şəhriyarın ürək döyüntüsü, bütün dünya xalqlarını dilə gətirir və bir böyük millətin varlığından müdafiə edir. Boğuntu illərində, alim və şa’irlərimiz, kul altında yanan qığılcımları böyük alovlara çevirib, bütün Iranda ziyalılar hərəkətini oyadırlar.

Şübhə yoxdur azərbaycan çağdaş ədəbiyyatı bu qədər geniş, güclü və gözəl olaraq xalqımızdan gizli qallmış və heç bir təribünümüz əvvələmadığından, xalqımız hələ öz şa’irlərini və yazıçılarını tanımayır. Dünyanın hansı  ölkəsində ۳۰ milyon insanın öz ana dilində bir dana da  məktəbi yoxdur? Bu millət , Azərbaycan millətidir.

Bu gun göney və quzey ədəbiyyatından danışmaq hələ də yasaqdır. Biz də burada bu sözlərdən danışmayırıq; yoxsa ədəbiyyatımız dünyanın ən zəngin ədəbiyyatlarındandir. Hələ bunlar qalsın …

۱۳۵۷ci ilin inqilabından bugunə qədər çalışdığım və tapdığım ədəbiyyatı tanıtmaq üçün qələm ələ almışam. 1372ci ilədən 1378ci ilə  qədər «Omid Zəncan» dərgisındə çalışdığım illərdə, sonralar 1376 dan 1384ci ilə də yunıversitələrdə Azərbaycan dili və ədəbiyyatını tədris etdiyim illərdə, bu kitabın materyallarını da toplayırdım. Ancaq bu əsərin axsaqlıqları da az deyildir, amma onün yayılması ilə gələcək ədəbi işlərimizə yol açılırsa, çox sevinərəm.

Inanıram çoxlu dəyərli şa’irlərimizin yaradıcılığı burada yer almayıb; bu heç o mə’nada deyildir ki  onların dəyəri azdır və ya etkiləri olmamışdır; bəlkə işın ilk numünəsi olduğundan hələ axsaqlıqlar çoxdur və birisi də həmən budur. Hər halda, bu əsəri bütün axsaqlıqlarıla ğeyrətli- qəhrəman xalqımıza sunuram və belə umuram kı çağdaş ədəbiyyatımız bugun əqlə dayanan, həqiqətçi, özünə arxalanan, xalqımıza arxalanan və mənliyimizi yansidan bir ədəbiyyatdir və gələcək üçün dəyərli sözləri olub, görkəmli şa’irlər və yazarlar yaradacaq. Gələcəy elə aydınlıqla baxa bılır və inanıram ki gələcək bizimdir və dilimiz gələcək illərin dili, ədəbiyyatımızın gələcəyi çox aydın və gəlcəyimiz çox zəngindir, buna güvənirik və buna sarı addım atırıq.

 

 

Sayğılarla

M . Kərimi

 

 

ارسال دیدگاه